Futbol

Hümbətovun komandası "Vardar"la bacarmadı

Futbol üzrə Makedoniya çempionatında 2-ci turun oyunları keçirilib.

Futbol üzrə Makedoniya çempionatında 2-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun şərəfini qoruduğu "Pobeda" da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Vardar"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.

Tural bu görüşün iştirakçısı olmayıb. Komandasının yoxlama oyunlarında iştirak edən futbolçumuz sənədləri qaydasında olmadığından rəsmi görüşlərdə hələ ki, iştirak edə bilmir.

"Pobeda" geridə qalan turlarda xal qazana bilmədiyindən 10 komanda arasında sonuncu pillədə qərarlaşıb.