Futbol

Ramil Şeydayev qol vurdu, "Jilina" qalib gəldi

Slovakiyanın "Jilina" klubunun ölkə çempionatının yeni mövsümündəki heç bir oyununda şans qazanmayan Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev gənclərdən ibarət komandanın matçında iştirak edib.

Slovakiyanın "Jilina" klubunun ölkə çempionatının yeni mövsümündəki heç bir oyununda şans qazanmayan Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev gənclərdən ibarət komandanın matçında iştirak edib. 

Dsport.az xəbər verir ki, "Jilina"nın gəncləri 4-cü tur çərçivəsində səfərdə "Nove Mesto"nun qonağı olublar. Qarşılaşma futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 2:0.

Start heyətdə meydana çıxan Ramil 60-cı dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 12-ci dəqiqədə məhz Şeydayev vurub.

"Jilina B" Slovakiya 2-ci liqasında 4 turdan sonra 9 xalla 2-cidi. Bu klubun əsas komandası isə bu gün səfərdə "Dunayska Streda" ilə qarşılaşacaq. Ramilin bu dəfə şans qazanıb-qazanmayacağı bilinmir.