Futbol

Nəsirov baxdı, "Sportinq" qələbə qazandı

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 3-cü turun oyunları keçirilib.

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 3-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq B" də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Real Sportinq" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Nəsirov bu matçın iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

"Sportinq" hazırda 6 xalla 20 klub arasında 5-ci pillədə qərarlaşıb.