Futbol

Milli ilə San Marinoya gedəcək şanslı komanda hansı olacaq?

Final qarşılaşmasını izləmək üçün turnirin son oyununa AFFA-dan rəsmilər, milli yığmadan oyunçular, eləcə də məşhur simalar dəvət olunublar.  

Həvəskar futbolçuların “MFL San Marino Kuboku” artıq final mərhələsindədi. Çempionatın qalib komandası AFFA-nın dəstəyi ilə milli ilə birlikdə Azərbaycan - San Marino oyununu izləməyə gedəcək. 

DSport.Az-a verilən məlumata görə, avqustun 22-də, saat 21:00-da “Sportster” meydançasında keçiriləcək həyəcanlı final qarşılaşmasında çempionatın ən güclü iki komandası - “Azfar” və “Juventus Baku” üz-üzə gələcək.

“MFL San Marino Kuboku” iyulun 22-də 40 komandadan olan 400 həvəskar futbolçu ilə start götürüb. MFL-in təşkil etdiyi ilk turnirdə komandaların limit sayı 24 olsa da, ikinci çempionatda müraciətlərin çoxluğunu nəzərə alaraq, təşkilatçılar bu sayı 40-a qaldırıblar. 

Final qarşılaşmasını izləmək üçün turnirin son oyununa AFFA-dan rəsmilər, milli yığmadan oyunçular, eləcə də məşhur simalar dəvət olunublar.  

Bundan əlavə, final qarşılaşması MFL-in  rəsmi “facebook” səhifəsində - https://www.facebook.com/mfl.baku - canlı yayımlanacaq.

“MFL San Marino Kuboku” çempionatının təşkilatçıları MFL şirkəti və “Sport Marketing Group” - SMG şirkətidi. Çempionatın əsas tərəfdaşı AFFA-dı. Oyunlara ev sahibliyini isə “Sportster” Kompleksi edir.