Futbol

Azərbaycan Azarkeşlərarası Futbol Turniri başladı

Avqustun 15-də start götürən turnirdə 1 ay boyunca ən yaxşı futbol oynaya bilən azarkeşlər müəyyən olacaq.

Azərbaycanda ilk dəfə futbol azarkeşləri arasında turnir keçirilir. Çempionatda xarici və yerli klubların fanatlarının qurduğu 20 komanda mübarizə aparır. Avqustun 15-də start götürən turnirdə 1 ay boyunca ən yaxşı futbol oynaya bilən azarkeşlər müəyyən olacaq.

Yarışda iştirak edən azarkeş-klubları bunlardı:

1. "Ac Milan Azerbaijan" ("Milan" azarkeşləri)
2. "Arsenal Azerbaijan" ("Arsenal" azarkeşləri)
3. "Bakı Qartalları ("Beşiktaş" azarkeşləri)
4. "ÇarşıBakı ("Beşiktaş" azarkeşləri)
5. "FC Juventus" ("Yuventus" azarkeşləri)
6. "Flaqman Fan klubu" ("Neftçi" azarkeşləri)
7. "Forza Neftçi" (“Neftçi” azarkeşləri)
8. "İnter Baku Fan (“İnter” (Bakı) azarkeşləri)
9. "Khazar Bakı" (“XəzərLənkəran” azarkeşləri)
10. "Liverpool FC Azerbaian Supporters Club" (“Liverpul” azarkeşləri)
11. "Manchester United Azerbaijan" (“MançesterYunayted” azarkeşləri)
12. "Mia-San Azerbaijan" Bayern München Fanklubu (“Bavariya” azarkeşləri)
13. "Qarabağ Ordusu" (“Qarabağ” azarkeşləri)
14. "Qəbələ Fan Klubu" (“Qəbələ” azarkeşləri)
15. "Baku fk-The Capital" (“Bakı” azarkeşləri)
16. "Tottenham Hotspur Azerbaijan" (“Totenhem” azarkeşləri)
17. "Trabzon Baku" (“Trabzonspor” azarkeşləri)
18. "UltrAslanAzərbaycan Azad Azarkeşqrupu" (“Qalatasaray” azarkeşləri)
19. "Sector 11" ( Azərbaycan millisinin azarkeş qrupu)
20. "FCB AZE" (“Barselona” azarkeşləri)

İlk oyun günü 2 qarşılaşma olub: “BakıQartalları” ilə “Liverpool FC Azerbaijan Supporters Club” (3:3),  "Flaqman Fan klubu" ilə “Khazar Bakı” qarşılaşıb (7:2).  

Turnirin siması Bəhram Bağırzadədi. İdman sahəsinin tanınmış insanları - millik omandanın sabiq qapıçısı Cahangir Həsənzadə, futbol üzrə sabiq FIFA hakimi Anar Salmanov,  millimizin sabiq futbolçusu, Azərbaycan futbolunun “professor”u - Mahmud Qurbanov turnirə dəstək verənlər və azarkeşlərə azarkeşlik edənlər arasındadı. 

Avqustun keçirilən açılış turnirində bəzi sənətkarlar və ifaçılar da iştirak ediblər.