Futbol

"Qəbələ"dən tarixi qələbə (VİDEO)

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Turnirdə mübarizəni davam etdirən "Qəbələ" növbəti oyununa çıxıb. Roman Qriqorçukun komandası Bakıda Fransanın “Lill” komandasını qəbul edib.

Səfərdə keçirilən ilk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan təmsilçimiz evdə 1:0 hesablı qələbəyə sevinib. "Qəbələ" bu mərhələni keçərək ardıcıl üçüncü dəfə Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

"Qəbələ" bu mərhələyə qədər Gürcüstanın "Samtredia", Macarıstanın MTK klublarını mübarizədən kənarlaşdırıb.

Avropa Liqası, III təsnifat mərhələsi, cavab oyunu

4 avqust
 
"Qəbələ" (Azərbaycan) - "Lill" (Fransa) - 1:0 
Qol: 
Filip Ovobiç, 33
Baş hakim: Aleksey Yeskov (Rusiya)
Baş hakimin köməkçiləri: Dmitri Mosyaqin, İqor Demeşko (hər ikisi Rusiya)
Dördüncü hakim: Vladimir Moskalev (Rusiya)
Hakim-inspektor: Oleq Çuykin (Belarus)
UEFA nümayəndəsi: Vasko Dojçinovski (Makedoniya)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun – 1:1