Futbol

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı (VİDEO)

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Azərbaycan çempionu "Qarabağ" "Viktoriya"nı qəbul edib. Çexiyada keçirilən ilk matçda qapılar toxunulmaz qalmışdı.

Cavab görüşündə hesabı Ağdam klubu açsa da, qonaqlar oyunun sonlarına yaxın hesabı bərabərləşdiriblər. Oyun 1:1 hesabı ilə bitib. "Viktoriya" səfərdə vurduğu qol hesabına növbəti mərhələyə adlayıb. "Qarabağ" isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Qurban Qurbanovun komandası “Viktoriya”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, Azərbaycan futbolunda ilkə imza atacaqdı. 

Buna qədər heç bir klubumuz qitənin ən nüfuzlu klub turnirində III təsnifat mərhələsini uğurla adlamayıb. 

Çempionlar Liqası, III təsnifat mərhələsi, Cavab oyunu

"Qarabağ" (Azərbaycan) – "Viktoriya" (Çexiya) - 1:1 
Qollar:
 Muarem Muarem, 28 - Krmençik, 85 
Baş hakim: Hüseyin Göçek
Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz
Dördüncü hakim: Bariş Şimşek (hamısı Türkiyə)
Hakim-inspektor: İqor Satkii (Moldova) 
UEFA nümayəndəsi: Andreas Akkelides (Kipr)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:0