Futbol

Avropa nəhəngləri yeni Çempionlar Liqası yaratmaq fikrindədi

Avropa top-klublarının fikrincə Çempionlar Liqasında iştirakçıların sayını 16 komandaya qədər salmaq lazımdı.

Avropanın ən böyük klubları kommersiya gəlirlərinin artması məqsədilə yeni Çempionlar Liqası turniri yaratmaq barədə imkanları nəzərdən keçirirlər.
 
"The Telegraph" qəzetinin məlumatına görə, bu ideyanın əsas təşəbbüskarları İspaniya və İtaliya klbularıdı. Onlar İngiltərə Premyer Liqası təmsilçilərinin yüksək yayım qonorarlarından narahatdılar.
 
Avropa top-klublarının fikrincə Çempionlar Liqasında iştirakçıların sayını 16 komandaya qədər salmaq lazımdı. Alternativ variant kimi isə əsas liqaların qitənin ən nüfuzlu klub turnirində 6 klubla təmsil olunmasıdı.
 
Bundan başqa, oyunların bazar günü keçirilməsi də gündəmdədi.