Futbol

Patrik Kluivertdən 50 milyon avroluq təklifə rədd cavabı

Milan təmsilçisi 29 yaşlı futbolçu üçün 50 milyon avro təklif edib.

İnter bu yay PSJ-nin forvardı Edinson Kavanini transfer etməkdə maraqlı olub. 
 
"Corriere dello Sport" yazır ki, bir həftə öncə Milan təmsilçisi 29 yaşlı futbolçu üçün 50 milyon avro təklif edib. Lakin Paris klubunun yeni idman direktoru Patrik Kluivert italyanlara rədd cavabı verib.
 
"İnter" Mauro İkardiyə alternativ axtarır və PSJ ilə danışıqları davam etdirir. Kavani ötən mövsüm Liqa 1-də keçirdiyi 32 oyunda 19 qol vurub.