Futbol

Zidan təsdiqlədi: "Real"ın futbolçusu PSJ ilə danışıqlar aparır

Gənc mütəxəssis Beynəlxalq Çempionlar Kubokunda "Çelsi" ilə oyundan (3:2) sonra bunları söyləyib.

Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan komandasının hücumçuları Xese Rodriqes və Alvaro Morata ilə bağlı vəziyyətə aydınlıq gətirib. 

Gənc mütəxəssis Beynəlxalq Çempionlar Kubokunda "Çelsi" ilə oyundan (3:2) sonra bunları söyləyib:
 
"Morata "Real"ın oyunçusudu. Biz onun evə qayıtmasından şadıq. O, burada qalacaq.
 
Xesenin gələcəyi ilə bağlı məsələni müzakirə edirik. Məhz bu səbəbdən də o, "Çelsi"yə qarşı oynamadı. O, PSJ ilə danışıqlar aparır. Lakin rəsmi razılıq hələ yoxdu".