Futbol

"Qəbələ" - "Lill" matçını stadiondan izləmək istəyənlərin nəzərinə

Qiymətlər sektorlardan asılı olaraq, 1 və 2 manat, VIP sektorlar üçün isə 10 manatdı.

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qəbələ" – "Lill" (Fransa) matçının biletləri bu gün satışa çıxarılacaq. 

Biletləri saat 15:00-dan etibarən 2 satış nöqtəsindən - oyunun keçiriləcəyi "Bakcell Arena"nın və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar. 

Qiymətlər sektorlardan asılı olaraq, 1 və 2 manat, VIP sektorlar üçün isə 10 manatdı. 

Avqustun 4-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" – "Lill" qarşılaşması saat 21:00-da başlayacaq.