Futbol

Azərbaycan millisinin futbolçusu İngiltərə klubuyla müqavilə bağladı

Yaxın günlərdə bu transferin rəsmən açıqlanacağı bildirilir.

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirəcək. 23 yaşlı yarımmüdafiəçi Çempionşipdə mübarizə aparan "Fulhem"lə 4 illik müqavilə bağlayıb.

"Marca" yazır ki, London klubu Eddinin transferi üçün "Mursiya”ya 200 min avro ödəyib. Yaxın günlərdə bu transferin rəsmən açıqlanacağı bildirilir.

İsrafilov 2015-ci ildən dəvət aldığı Azərbaycan yığmasında 5 oyun keçirib. Eddi son olaraq "Kordoba"da icarə əsasında çıxış edib.