Futbol

"Qəbələ" "Lill"ə bərabərə qaldı (VİDEO)

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin oyunlarına start verilib.

Turnirdə yeganə təmsilçimiz "Qəbələ" də növbəti oyununa çıxıb. Roman Qriqorçukun komandası Fransada "Lill"in qonağı olub və 1:1 bərabərə qalıb.

"Qəbələ" buna qədər Gürcüstanın "Samtredia", Macarıstanın MTK klubların mübarizədən kənarlaşdırıb. "Lill" isə birbaşa III təsnifat mərhələsindən mübarizəyə başlayır.

Avropa Liqası, III təsnifat mərhələsi

İlk oyun

28 iyul
 
"Lill" (Fransa) – "Qəbələ" (Azərbaycan) - 1:1
Qollar:
Mendeş, 46 - Vernidub, 12
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Rafal Rostkovski, David İqor Qolis
Dördüncü hakim: Zbiqniev Dobrinin (hamısı Polşa)
Hakim-inspektor: Frank de Bleker (Belçika)
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)
Lill. "Pyer Morua" stadionu