Futbol

Qurban Qurbanov: "Bakıda bizi daha çətin oyun gözləyir"

"Matçın 75-ci dəqiqəsinə qədər rəqib pressinq tətbiq etdi. Öz oyunlarından əl çəkmədi".

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə "Viktoriya Plzen"lə 0:0 hesablı heç-heçə edib. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Oyundan əvvəl bildirdiyim ki, "Viktoriya Plzen" özünə məxsus üslubu ilə seçilir. Matçın 75-ci dəqiqəsinə qədər rəqib pressinq tətbiq etdi. Öz oyunlarından əl çəkmədi. 

Bu gün məğlub da ola bilərdik, lakin futbolçularım sona qədər mübarizə apardı. Bakıda bizi daha çətin oyun gözləyir. Rəqib göstərdi ki, yetərincə güclü komandadı".