Futbol

Maksim Medvedev: "Meydana məğlub olmaq üçün çıxmırıq"

"Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik".

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" səfərdə son Çexiya çempionu "Viktoriya Plzen"in qonağı olacaq. Ağdam təmsilçisinin müdafiəçisi Maksim Medvedev oyun haqda fikirlərini klubun saytına bildirib:

"İki il öncə yoxlama matçında "Viktoriya Plzen"lə oynamağımız bir şeyi dəyişmir. Rəqibimiz öz azarkeşləri önündə qələbə qazanmağa çalışacaq. 

Biz də meydana məğlub olmaq üçün çıxmırıq. Çalışacağıq ki, az səhv edib düzgün oyun göstərək. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik".

"Viktoriya" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.