Futbol

Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümünün püşkü atıldı

Son üç mövsümdə olduğu kimi bu dəfə də komandalar dörd dövrədə mübarizə aparacaq.

Bu gün Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün püşkatma mərasimi keçirilib.

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında 8 komanda - "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", "Kəpəz", "Neftçi", AZAL və "Sumqayıt" klubları mübarizə aparacaq. 

Son üç mövsümdə olduğu kimi bu dəfə də komandalar dörd dövrədə mübarizə aparacaq. 

Yeni mövsümün ilk turun oyunları avqustun 6-7-də keçiriləcək. 

I tur

"Qarabağ” – "İnter"
"Qəbələ” – "Kəpəz"
"Zirə” – "Sumqayıt"
AZAL-  "Neftçi"