Futbol

"Qarabağ" gedir

Axşam saatlarında komandanın oyunun keçiriləcəyi şəhərə çatacağı gözlənilir.

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Çexiyada "Viktoriya"nın qonağı olacaq "Qarabağ" bu gün sözügedən ölkəyə yola düşəcək. 

Ağdam klubu saat 15:30-da Bakı - Plzen reysi ilə ölkəni tərk edəcək. Axşam saatlarında komandanın oyunun keçiriləcəyi şəhərə çatacağı gözlənilir. 

Sabah "Dusan Arena"da keçiriləcək "Viktoriya" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.