Futbol

Bakı "İnter"i Türkiyə klubunu darmadağın etdi

Zaur Svanadzenin komandası superliqa təmsilçisi "Gənclərbirliyi" ilə qarşılaşıb.

Türkiyədə təlim-məşq toplanışında olan Bakının "İnter" klubu növbəti yoxlama oyunu keçirib.
 
Zaur Svanadzenin komandası superliqa təmsilçisi "Gənclərbirliyi" ilə qarşılaşıb və 4:0 hesablı qələbə qazanıb.

Samir Zərgərov dubl edib, Fuad Bayramovla Mirhüseyn Seyidov isə hərəyə bir dəfə fərqlənib.
 
"İnter" bundan əvvəlki yoxlama matçlarında "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəlmiş, "Elazığspor"la qolsuz heç-heçə etmişdi.