Futbol

"Lill" - "Qəbələ" matçı polşalılara tapşırıldı

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək  "Lill" - "Qəbələ" oyunun hakim təyinatları açıqlanıb.

UEFA-nın saytının verdiyi xəbərə görə, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. 
 
Qarşılaşmanın baş hakimi Daniel Stefanski olacaq. Ona  Rafal Rostofski və David İqor kömək edəcək. Dördüncü hakim isə  Zbiqnev Dobrınin olacaq. 
 
Sözügedən oyun iyulun 28-də (Bakı vaxtı ilə saat 21:00) Fransada keçiriləcək. Cavab matçı isə avqustun 4-nə nəzərdə tututlub.