Futbol

Bakı "İnter"i Türkiyə klubuyla bacarmadı

Görüş qolsuz bərabərliklə başa çatıb.

Bakının "İnter" klubu Türkiyə toplanışı çərçivəsində növbətii yoxlama oyununa çıxıb.

Zaur Svanadzenin komandası Türkiyə təmsilçisi "Elazığspor"la qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

"İnter" ilk yoxlama görüşündə "Kasımpaşa"ya qalib gəlib - 2:1. 

Zaur Svanadze: "Normal oynadılar. Uşaqlar mübarizə apardılar. Birinci hissədə çox yaxşı oynadılar. Qol vəziyyətləri oldu. Müdafiəçilər çox yaxşı, dəqiq oynadılar. Ona görə də, bu oyunun pozitiv alındığını hesab etmək olar. Növbəti oyun Gürcüstanın "Kolxeti Poti" komandasıyla olacaq. Sonra mövsümün startına hazırlaşmağa başlayacağıq".