Futbol

"Real"ın futbolçusundan "Mançester Yunayted"ə rədd cavabı

Belə bir qərarın qəbul edilməsində ən əsas faktor isə müdafiəçinin Zinəddin Zidanla işləmək istəyi olub.

"Real"ın mərkəz müdafiəçisi Rafael Varan "Mançester Yunayted"in təklifini rədd edib.

"Marca"nın verdiyi xəbərə görə, vaxtilə Madrid klubunda fransız futbolçu ilə birgə çalışan "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Joze Mourinyo bu transferin təşəbbüskarı olsa da, rədd cavabı alıb.
 
Belə bir qərarın qəbul edilməsində ən əsas faktor isə müdafiəçinin Zinəddin Zidanla işləmək istəyi olub.
 
"Mançester Yunayted"dən əlavə daha iki ingilis klubu Varana görə 40 milyon avro ödəməyə hazırdır.

Varanın "Real"la müqaviləsinin müddəti 2020-ci ilə qədər hesablanıb.