Futbol

"Lill" - "Qəbələ" matçının başlama saatı açıqlandı

Matç Lill şəhərindəki 50 186 tamaşaçı tutumuna malik “Stad Pyer Morua” arenasında oynanılacaq.

Avropa Liqasının III təsnifat mərhələsində keçriləcək "Lill" - "Qəbələ" oyununun başlama saatı müəyyənləşib.

UEFA-nın saytının verdiyi xəbərə görə, qarşılaşma iyulun 28-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matç Lill şəhərindəki 50 186 tamaşaçı tutumuna malik “Stad Pyer Morua” arenasında oynanılacaq.

"Qəbələ" və "Lill"arasında cavab oyunu avqustun 4-də Bakıda keçiriləcək.