Futbol

"Barselona" axtarışdadı

"Hər bir titul uğrunda mübarizə aparıb azarkeşlərimizi sevindirmək istəyirik".

"Barselona"nın baş məşqçisi Luis Enrike hücumçu almaq istədiklərini təsdiqləyib. Klubun saytının verdiyi xəbərə görə, təcrübəli çalışdırıcı təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Biz qarşımıza maksimal vəzifələr qoymuşuq. Hər bir titul uğrunda mübarizə aparıb azarkeşlərimizi sevindirmək istəyirik.
 
Oyunumuzu gücləndirib tərəqqiyə nail olmaq fikrindəyik. Əvvəl də komandamız yaxşı idi. Bundan da sonra da yaxşı olacaq.
 
Bu həqiqətdi ki, "Barselona" forvard axtarır. Motivasiyası yüksək olan və qol vurmağı bacaran forvard olmalıdı".