Futbol

Hökumətdən Dieqo Simeoneyə sürpriz təklif

"Əgər futbolçular Avropada oynaya-oynaya millidə də çıxış edirlərsə, deməli, Simeone də bunu bacarar".

Argentina hökuməti milli komandanın baş məşqçisi postuna "Atletiko"nun çalışdırıcısı Dieqo Simeoneni dəvət etməyi planlaşdırır. 

AS nəşrinin verdiyi xəbərə göeə, burada söhbət hər iki postda qalmaqdan gedir.

Argentina hökumətinin nümayəndəsi Fernando Marin deyib: "Əgər futbolçular Avropada oynaya-oynaya millidə də çıxış edirlərsə, deməli, Simeone də bunu bacarar".

Ondan başqa Xorxe Sampaoli  ("Sevilya") və Maurisio Poçettino  ("Тоttenhem") da namizədlər sırasındadı.
 
Keçmiş baş məşqçi Xerardo Martino Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra istefaya göndərilmişdi.