Futbol

Məşhur hücumçu özünü "Barselona"ya təklif etdi

Futbolçu Türkiyədəki siyasi hadisələrə görə İstanbul klubunu tərk etmək istəyir.

"Fənərbağça"nın hollandiyalı futbolçu Robin Van Persi özünü "Barselona"ya təklif edib.
 
"Sport-english" nəşri yazır ki, katalonlar hücum triosunda rotasiyaya görə forvard axtarışındadı.

Van Persi bu rolu öz üzərinə götürməyə hazırdı. Futbolçu Türkiyədəki siyasi hadisələrə görə İstanbul klubunu tərk etmək istəyir. Lakin "Barsa" onun xidmətində maraqlı deyil.
 
Yanvarda da Van Persi "Barselona"ya keçmək istəyirdi. Ancaq katalonlar onunla əməkdaşlıq etmək istəməmişdilər.

Van Persinin bəzi ingilis klublarıyla danışıqlar apardığı da bildirilir.