Futbol

"Real" "Çelsi"nin 75 milyonluq təklifini də rədd etdi

Bir neçə gün əvvəl yayılan xəbərə görə, "Real" Morata ilə müqavilənin müddətini 2021-ci ilə qədər artırıb.

"Çelsi" "Real"ın hücumçusu Alvaro Moratonu əldə etmək istəyindən əl çəkmir.

"Cadena SER"in məlumatına görə, londonlular İspaniya millisinin forvardı üçün təklifi 60-dan 75 milyon avroya yüksəldiblər. Lakin Madrid klubu yenə də bu təklifi rədd edib.
 
Bir neçə gün əvvəl yayılan xəbərə görə, "Real" Morata ilə müqavilənin müddətini 2021-ci ilə qədər artırıb. Buna əsasən onun məvacibi 6 milyon avrodu.