Futbol

"Real" və "Mançester Yunayted"in istədiyi futbolçu "Barselona"da

Müqavilənin detalları hələlik açıqlanmır.

"Valensiya"nın yarımmüdafiəçisi Andre Qomeş karyerasını "Barselona"da davam etdirəcək.

Kataloniya klubu bildirib ki, 22 yaşlı portuqaliyalı oyunçunun transferi ilə bağlı "yarasalar"la razılığa gəlib. Müqavilənin detalları hələlik açıqlanmır.

Gələn həftə Qomeş "Barselona"yla müqavilə imzalayacaq. Həmin gün də onun ictimaiyyətə təqdim edilməsi gözlənilir.
 
Bir müddət əvvəl "Valensiya"nın Qomeşə görə 65 milyon avro tələb etdiyi söylənilirdi.

Qomeş uğrunda həmçinin "Real", "Yuventus" və "Mançester Yunayted" mübarizə aparırdı.