Futbol

Kriştiano Ronaldo yaşıl meydanlara nə vaxt qayıdacaq?

Madrid klubunun məşqçilər korpusu Ronaldoya bərpa prosesi üçün daha çox vaxt ayırıb.

"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo zədə səbəbindən Avropa Superkuboku matçını və La Liqada yeni mövsümün ilk iki turunun oyununu buraxmalı olacaq.

Portuqaliya millisinin forvardı AVRO-2016-nın finalında Fransa ilə görüşdə zədələndi. Bu üzdən Madrid klubunun məşqçilər korpusu Ronaldoya bərpa prosesi üçün daha çox vaxt ayırıb. O, yalnız sentyabr ayında sıraya dönəcək.

Portuqaliyalı "Sevilya" ilə Superkubok, "Real Sosyedad" və "Selta" ilə primero oyunlarında iştirak etməyəcək. Gözlənilir ki, Ronaldo "Osasuna" ilə görüşdə meydanda olacaq.

Təcrübəli forvard həmçinin sentyabrın 6-da DÇ-2016-nın seçmə mərhələsində İsveçrə - Portuqaliya görüşünü də buraxacaq.