Futbol

"Barselona"dan imtina edib, "Sevilya"ya keçir

Ötən mövsüm La Liqada 19 oyuna çıxan Vyetto 1 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

"Atletiko"nun futbolçusu Lusiano Vyetto karyerasını "Sevilya"da davam etdirəcək.
 
22 yaşlı argentinalı forvard Andalusiya klubunda 1 il icarə əsasında oynayacaq. Çox güman ki, müqavilə yaxın günlərdə imzalanacaq. 

Vyettonun "Barselona"ya keçidi gözlənilirdi. Lakin argentinalı futbolçu Kataloniya lubuna keçməkdən imtina edib. Buna səbəb onun "Sevilya"da daha çox oyun praktikası qazanacağıdı.

Ötən mövsüm La Liqada 19 oyuna çıxan Vyetto 1 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.