Futbol

PSJ-dən ayrılan Loran Blan 22 milyon avro qazanacaq

Bu təzminat fevralda artırılan müqaviləyə əsasən ödəniləcək.

PSJ-nin baş məşqçisi Loran Blan klubla əməkdaşlığın sona çatması haqqında razılaşmaya imza atıb. Bu barədə  "L’Equipe" nəşri məlumat verib.
 
Yaxın müddətdə 50 yaşlı mütəxəssisin gedişi ilə bağlı rəsmi məlumat veriləcək. Müqaviləyə əsasən, Blan 22 milyon avro kompensasiya alacaq. Bu təzminat fevralda artırılan müqaviləyə əsasən ödəniləcək.
 
Böyük ehtimalla, yaxın günlər ərzində Sevilyanın keçmiş çalışdırıcısı Unai Emeri komandaya baş məşqçi təyin ediləcək.