Futbol

"Real"ın hədəfindəki hücumçu Premyer Liqada oynamaq istəyir

Joze Mourinyo və Antonio Konte vaxtilə futbolçunun inkişafında mühüm rol oynayıblar.

"Yuventus"un futbolçusu Alvaro Morata karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək niyyətindədi.
 
AS nəşrinin verdiyi xəbərə görə, ispan futbolçu "Mançester Yunayted" və "Çelsi" variantlarına üstünlük verir.
 
Bu komandaların baş məşqçiləri Joze Mourinyo və Antonio Konte vaxtilə futbolçunun inkişafında mühüm rol oynayıblar.
 
"Real" Moratanı 30 milyon avroya geri qaytarıb, 60 milyona satmağı planlaşdırır. Hücumçu uğrunda həmçinin PSJ və "Arsenal"ın mübarizə apardığı bildirilir.

Morata geridə qalan mövsümdə Seriya A-da 34 oyunda iştirak edib, 7 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.