Futbol

"Yuventus"un Poqbaya görə "Real"dan fantastik tələbi

Transfer baş tutsa, Poqba "Real"da ilinə 12-13 milyon avro qazanacaq.

"Yuventus" futbolçusu Pol Poqbanın Madrid "Real"ına  transferi ilə bağlı öz şərtlərini açıqlayıb.
 
"Radio Marca"nın verdiyi məlumata görə, Turin klubu fransız futbolçunu yalnız 120 milyon avro və Toni Kroos müqabilində sata bilər.
 
Daha əvvəl bildirilirdi ki, razılaşmaya Mateo Kovaçiç və Alvaro Moratanın "Yuventus"a keçməsi daxil edilməli idi.

Transfer baş tutsa, Poqba "Real"da ilinə 12-13 milyon avro qazanacaq.