Futbol

Türkiyə məyus oldu, Polşa və Almaniya sevindi (GENİŞ İCMAL)

Fransada təşkil olunan futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.

Bu gün D qrupunda bir oyun keçirilib. Azərbaycan futbol azarkeşlərinin diqqəti Parisə yönəlib. Burada Türkiyə millisi Xorvatiya ilə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub. 

Sonrakı iki oyunda isə C qrupunda olan komandalar mübarizəyə qoşulublar. Əvvəlcə Polşa Şimali İrlandiyanı 1:0, daha sonra Almaniya Ukraynanı 2:0 hesabı ilə məğlub edib.

Avropa çempionatı, qrup mərhələsi

12 iyun

D qrupu
 
Türkiyə - Xorvatiya - 0:1 
Qol: Modriç, 41
Baş hakim: Yonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark
Əlavə köməkçi hakimlər: Stefan Johannesson, Markus Stromberqsson (hamısı İsveç)
Paris. "Stad de Frans"

N Komandalar O Q H M T-F X
1 Xorvatiya 1 1 0 0 1-0 3
2 Türkiyə 1 0 0 1 0-1 0
3 İspaniya 0 0 0 0 0-0 0
4 Çexiya 0 0 0 0 0-0 0

   
C qrupu
 
Polşa – Şimali İrlandiya - 1:0 
Qol: Milik, 51
Baş hakim: Ovidiu Alin Hateqan
Yan xətt hakimləri: Oktavian Sovre, Sebastian George
Əlavə köməkçi hakimlər: Alexandru Tudor, Sebastian Koltesku (hamısı Rumıniya)
Nitsa. Şəhər stadionu
 
Almaniya – Ukrayna - 2:0 
Qollar: Mustafi, 19, Şvaynştayqer, 90+2
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Maykl Mallarki, Stefen Çild
Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Lill. "Pyerr Mauro" stadionu

N Komandalar O Q H M T-F X
1 Almaniya 1 1 0 0 2-0 3
2 Polşa 1 1 0 0 1-0 3
3 Ukrayna 1 0 0 1 0-2 0
4 Şimali İrlandiya 1 0 0 1 0-1 0