Futbol

15 ildən sonra... Kriştiano Ronaldo tarixə düşdü

Portuqaliyalı ulduz komanda idman növlərində Maykl Cordandan sonra liderliyi ələ alan ilk idmançı olub.

Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldo ən varlı idmançıların siyahısını müəyyənləşdirən Forbes jurnalının ənənəvi illik reytinqində 1-ci olub.
 
Son 15 il ərzində 1-ci yer həmişə boksçu Floyd Meyvezerə məxsus idi. O, karyerasını bitirdiyinə görə Ronaldo reytinqə başçılıq edən ilk futbolçu kimi tarixə düşüb. 

Əlavə edək ki, portuqaliyalı ulduz komanda idman növlərində Maykl Cordandan sonra liderliyi ələ alan ilk idmançı olub.
 
Reytinqdə son 12 ay ərzində maaş və bonuslar nəzərə alınır.
 
1. Kriştiano Ronaldo (futbol) – 88 milyon dollar
2. Lionel Messi (futbol) – 81,4
3. Lebron Ceyms  (basketbol) – 77,2
4. Rocer Federer (tennis) – 67,8
5. Kevin Dürant (basketbol) – 56,2
6. Novak Cokoviç (теnnis) – 55,8
7. Kemeron Nyuton (amerika futbolu) – 53,1
8. Fil Mikelson (qolf) – 52,9
9. Cordan Spif (qolf) – 52,8
10. Kobe Brayant (basketbol) – 50