Futbol

İtaliya millisinin yeni baş məşqçisi bəlli oldu

Məşqçi qarşısında dünya çempionatının final mərhələsinə yüksəlmək vəzifəsi qoyulacaq.

İtaliya millisinin yeni baş məşqçisi Campyero Ventura olacaq.  O, daha öncə "Torino" klubunu çalışdırırdı.
 
"La Gazzetta dello Sport"un verdiyi xəbərə görə, 68 yaşlı mütəxəssis ölkə futbol federasiyası ilə iki illik müqavilənin razılığını əldə edib. Buna əsasən onun məvacibi 1,3 milyon avro təşkil edəcək.
 
Məşqçi qarşısında dünya çempionatının final mərhələsinə yüksəlmək vəzifəsi qoyulacaq. Əlavə edək ki, buna görə ona əlavə bonus ödənilməyəcək.

İtaliyanın hazırki çalışdırıcısı Antonio Konte AVRO-2016-dan sonra "Çelsi"nin başına keçəcək.