Futbol

Zlatan İbrahimoviçə qeyri-adi təklif

Klubun saytında yer alan məlumatda müqaviləyə bir sıra cəlbedici bəndlər daxil edildiyi bildirilir.

Almaniyanın regional liqasında çıxış edən "Rot Vayss" (Oberhauzen) klubu Zlatan İbrahimoviçə qeyri-adi təklif göndərib.

Oberhauzen təmsilçisi futbolçuya istədiyi məbləği ödəyə bilməz. Ancaq klubun saytında yer alan məlumatda müqaviləyə bir sıra cəlbedici bəndlər daxil edildiyi bildirilir.

Həmin bəndlər bunlardı:

- Şəhərin rəmzi açarı Zlatana təqdim ediləcək.

- Şəhərin ən görməli yeri və bütün mədəni tədbirlərin keçirildiyi məkan — Ebertbadan onun öhdəsinə veriləcək. 

- 1983-cü ildən qapalı olan yerli hovuz onun şərəfinə açılacaq.

- İsveçli forvard şəhərin kralı ola və orada monarxiya qura bilər.

- Təklifi qəbul edərsə, yerli pivənin adı dəyişdirilərək "Ibrahimovic Pilsener", sosislərin adı isə "Schweden-Happen" olacaq.