Futbol

Azərbaycan millisi FIFA reytinqində: geriyə doğru irəli

Robert Prosineçkinin komandası 252 xalla 138-ci pillədə qərarlaşıb.

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Dünyanın 209 komandasının yer aldığı siyahıya 1503 xalla Argentina yığması başçılıq edir.

Azərbaycan millisi ötən ayla müqayisədə 5 pillə geriləyib. Robert Prosineçkinin komandası 252 xalla 138-ci pillədə qərarlaşıb. 

Avstriyada keçirilən təlim-məşq toplanışında millimizin Andorrayla heç-heçəsi (0:0) və Makedoniyaya uduzması (1:3) reytinq cədvəlinə təsirsiz ötüşməyib.

Növbəti reytinq cədvəli iyulun 14-də açıqlanacaq.