Futbol

İlkay Gündoğan "Mançester Siti"də - rəsmi açıqlama

İlkay hazırda zədəlidi və yalnız 5 aydan sonra oynaya biləcək. Lakin bu amil Qvardiolanı fikrindən daşındırmayıb.

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını "Mançester Siti"də davam etdirəcək.

İngiltərə klubunun saytının verdiyi xəbərə görə, 25 yaşlı türk əsilli alman futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Əvvəlcədən bildirildiyi kimi, transferi 26 milyon avro təşkil edəcək, ancaq futbolçunun uğurlu çıxışlarına görə məbləğ 29 milyona qədər arta bilər.
 
İlkay hazırda zədəsini sağaltmaqla məşğuldu. Mayın əvvəlində diz oynağı çıxan futbolçu bu səbəbdən AVRO-2016-nı və İngiltərə Premyer Liqasında mövsümün əvvəlini buraxacaq.