Futbol

Mourinyo "Mançester Yunayted"in əfsanəvi futbolçusunu komandaya qaytarır

O, Ferdinandın klubu yaxından tanımasından yararlanmaq istəyir.

"Mançester Yunayted"in keçmiş kapitanı Rio Ferdinand komandanın məşqçilər korpusuna daxil edilə bilər.
 
"Daily Mail"in verdiyi xəbərə görə, hazırda məşqçilik kursları keçən 37 yaşlı müdafiəçinin xidmətində bilavasitə Joze Mourinyo maraqlıdı. O, Ferdinandın klubu yaxından tanımasından yararlanmaq istəyir.
 
Mourinyo Rayan Giqqsi də saxlamaq fikrindədi. Lakin uelsli bu təklifdən imtina edə bilər.