Futbol

"Qalatasaray"ın futbolçusu rəsmən La Liqada

2015/2016 mövsümündə oynadığı 30 matçda 3 qol vurub və 3 qolun ötürməsini verib.

"Qalatasaray"ın futbolçusu Emre Çolak karyerasını La Liqada davam etdirəcək. 

25 yaşlı yarımmüdafiəçi "Deportivo" ilə münasibətlərini rəsmiləşdirib. İspaniya klubunun saytının verdiyi xəbərə görə, Çolakla 3 illik müqavilə imzalanıb.

Emre 2015/2016 mövsümündə oynadığı 30 matçda 3 qol vurub və 3 qolun ötürməsini verib.

"Deportivo" 2015/2016 mövsümünü 15-ci pillədə başa vurub.