Futbol

Mourinyodan "Mançester Yunayted"ə 70 milyon avroluq transfer

Futbolçunun imic hüquqları "Quality Football Ireland" şirkətinə məxsusdu. Bu şirkətin sahibi isə Mourinyonun yaxın dostu Jorje Mendeşdi.

"Atletiko"nun yarımmüdafiəçisi Saul Nyiqes əvvəlki kimi "Mançester Yunayted"in maraq dairəsindədi.
 
"Daily Mail" nəşrinin verdiyi xəbərə görə, gələcək baş məşqçi Joze Mourinyo 21 yaşlı ispanın əldə edilməsi ideyasını bəyənib və onun keçidinə görə 70 milyon avronun ödənilməsinə icazə verib.
 
Məhz bu məbləğ futbolçunun yeni müqaviləsində qeyd edilib. Saul keçən həftə "Atletiko" ilə müqaviləsinin müddətini 2021-ci ilə qədər uzadıb. Daha öncə yarımmüdafiəçini 45 milyon avro qarşılığında almaq mümkün idi.
 
Futbolçunun imic hüquqları "Quality Football Ireland" şirkətinə məxsusdu. Bu şirkətin sahibi isə Mourinyonun yaxın dostu Jorje Mendeşdi.

Geridə qalan mövsümdə Saul Atletiko"nun heyətində 31 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.