Futbol

Rafael Beniteslə 3 illik müqavilə imzalandı

"Nyukasl" Benitesin rəhbərliyi altında 10 matçda 3 qələbə qazanmış, 4 dəfə heç-heçə etmiş və 3 dəfə də məğlub olmuşdu.

2015-2016 mövsümünü 18-ci pillədə başa vuraraq İngiltərə Premyer Liqasını tərk edən "Nyukasl" ispan mütəxəssis Rafael Beniteslə 3 illik yeni müqavilə imzalayıb.
 
Mart ayında Stiv Maklarenin yerinə təyin edilən Benites komandanı Çempionşipə düşməkdən xilas edə bilməmişdi. Lakin bu, rəhbərliyin məşqçiyə etimadını azaltmayıb.
 
"Nyukasl" Benitesin rəhbərliyi altında 10 matçda 3 qələbə qazanmış, 4 dəfə heç-heçə etmiş və 3 dəfə də məğlub olmuşdu.
 
Karyerası ərzində "Valensiya", "Liverpul", "İnter", Madrid "Real"ı kimi klubların baş məşqçisi olan Benites İngiltərədə daha öncə "Liverpul" və "Çelsi" klublarını çalışdırıb.