Futbol

İbrahimoviçin yeni iş yeri müəyyənləşmək üzrədi

Portuqaliyalı İbrahimoviçlə yaxşı tanışdı. Onlar "İnter"də birlikdə çalışıblar.

PSJ-nin keçmiş futbolçusu Zlatan İbrahimoviç karyerasını "Mançester Yunayted"də davam etdirməyə yaxındı.
 
"Aftonbladet" nəşrinin məlumatına görə, 34 yaşlı isveçli Joze Mourinyonun gəlişindən sonra komandada oynayan məşqçi funksiyasını yerinə yetirəcək.
 
Portuqaliyalı İbrahimoviçlə yaxşı tanışdı. Onlar "İnter"də birlikdə çalışıblar. 

Daha öncə bildirilirdi ki, futbolçuya 1+1 sxemilə müqavilə təklif ediləcək.