Futbol

"Yuventus" "Real"ın futbolçusunun transferi üçün hərəkətə keçdi

"Real" İskonu 30 milyon avro qarşılığında satmağa hazırdı.

"Yuventus" "Real" yarımmüdafiəçisi İskonun transferi uğrunda mübarizədə favoritdi. "Marca"nın verdiyi xəbərə görə, futbolçu adət etdiyi mövqedə oynamadğına görə narahatdı. 

Madrid klubunun çalışdırıcısı Zinəddin Zidan İskoya güvəndiyini bildirib, lakin komandanın start heyətində ona həmişə şans verəcəyini heç vaxt təsdiqləməyib.

"Yuventus" ona əsas heyətdə daimi yer təklif etdiyini bildirib. "Real" isə İskonu 30 milyon avro qarşılığında satmağa hazırdı.

İsko geridə qalan mövsümdə 31 oyunda iştirak edib, 3 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, sadəcə 21 görüşdə start heyətində meydana çıxıb.