Futbol

Totti "Roma" ilə razılığa gəldi

Totti ilə müqavilənin müddətinin artırılması ilə bağlı rəsmi bəyanat mayın axırında veriləcək.

Françesko Totti "Roma" ilə müqavilənin müddətini 1 illiyinə uzadılmasının razılığını əldə edib.
 
"Football Italia" yazır ki, danışıqların yekununa görə 39 yaşlı futbolçu növbəti mövsümün sonunda Romada keçiriləcək vida matçından müəyyən məbləğdə faiz götürmək hüququ əldə edib.
 
Totti ilə müqavilənin müddətinin artırılması ilə bağlı rəsmi bəyanat mayın axırında veriləcək.
 
Françesko bu mövsüm Seriya A-da 5 qol vurub və 4 məhsuldar ötürmə edib.