Futbol

Dortmund "Borussiya"sı mövsüm bitməmiş ilk transferini reallaşdırdı

Bu həftə 19 yaşı tamam olacaq Dembele Avropa futbolunun ən parlaq istedadlarından biri hesab edilir.

Dortmund "Borussiya"sı bildirib ki, "Renn"in hücumçusu Osman Dembele mövsüm bitən kimi komandaya qoşulacaq.

Klubun saytının verdiyi xəbərə görə, hələlik Fransa klubunda oynayan gənc oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Oyunçuya bir sıra klub iddia edirdi. Bu həftə 19 yaşı tamam olacaq Dembele Avropa futbolunun ən parlaq istedadlarından biri hesab edilir.

Dembele bu mövsüm Liqa 1-də 25 oyuna 12 qol vurub, 6 məhsuldar ötürmə verib və komandasının bombardiridi. O, Fransanın 21 yaşlılardan ibarət milli komandasının üzvüdü.