Futbol

"Yuventus"da iki müqavilə - rəsmi açıqlama

Futbolçuların Turin klubu ilə sözləşmələri 30 iyun 2018-ci il tarixinə qədər uzadılıb.

"Yuventus" qapıçısı Canluici Buffon və müdafiəçisi Andrea Barzaqli ilə müqvilələrinin müddətini artırıb.
 
Klubun saytının verdiyi xəbərə görə, futbolçuların Turin klubu ilə sözləşmələri 30 iyun 2018-ci il tarixinə qədər uzadılıb.
 
Buffon 2001-ci ildən "Yuventus"da oynayır. "Qoca Sinyora" ilə birlikdə 7 skudetto, bir ölkə kuboku, 5 superkubok qazanıb.
 
Barzaqi isə "Yuventus"a 2011-ci ildə "Volfsburq"dan gəlib. Onun aktivində 5 İtaliya çempionluğu, ölkə kuboku və 3 superkubok var.