Futbol

"Bavariya"dan iki transfer birdən - rəsmi açıqlama

2O, dünyanın ən yaxşı mərkəzi müdafiəçilərdən biridi, onunla komandamızın keyfiyyətini daha da qaldıracağıq".

"Benfika"nın yarımmüdafiəçisi Renato Sanşeş karyerasını "Bavariya"da davam etdirəcək. Münhen klubu 18 yaşlı futbolçusu ilə 2021-ci ilə qədər müqavilə imzalayıb.

"Bavariya"nın idarə heyətinin sədri Karl-Hayns Rummeniqqe bunları söyləyib: "Bavariya" Renato Sanşeşi çoxdan izləyir və rəqabətə baxmayaraq biz onu transfer etməyi bacardıq.

Renato – sürətli, döyüşkən və texniki olaraq istedadlı yarımmüdafiəçidi. Komandamızı gücləndirəcəyinə inanırıq".

"Bavariya" təsdiq edib ki, istedadlı yarımmüdafiəçi üçün klub 35 milyon avro ödəyib. Həmçinin qeyd edilib ki, məbləğ bonusların hesabına 45 milyona qədər arta bilər.

Bundan əlavə, "Bavariya" Dortmund "Borussiya"sının müdafiəçisi Mats Hummelsin keçidini rəsmiləşdirib. 27 yaşlı oyunçu ilə 30 iyun 2021-ci il tarixinə qədər müqavilə imzalanıb.

Rummeniqqe belə açıqlama verib: "Biz şadıq ki, Mats Hummels "Bavariya"nın xeyrinə seçimi etdi. O, dünyanın ən yaxşı mərkəzi müdafiəçilərdən biridi, onunla komandamızın keyfiyyətini daha da qaldıracağıq".

Klublar təcrübəli oyunçunun transfer dəyərinin yayılmaması haqqında razılığa gəlib.