Futbol

"Bavariya" 26-cı, Pep Qvardiola isə son 7 ildə 6-cı dəfə çempion odu (GENİŞ İCMAL)

Almaniya Bundesliqasında 2015-2016 mövsümünün çempionu müəyyənləşib.

Ölkə çempionatının XXXIII turunda "Bavariya" səfərdə "İnqolştadt"la qarşılaşıb. Sözügedən oyunda 2:1 hesabı ilə qalib gələn Münhen klubu mövsümün bitməsinə bir tur qalmış çempionluğu rəsmiləşdirib.

Bununla da, "Bavariya" ardıcıl 4-cü, tarixində isə 26-cı dəfə ölkə çempionu olub.

"Pivəçilər"in baş məşqçisi Pep Qvardiola isə son 7 ildə 6-cı dəfə ("Barselona" - 3, "Bavariya" - 3) ölkə çempionluğu sevinci yaşayıb.