Futbol

Arsen Venger: "Əlbəttə, Tyerri Anri "Arsenal"a qayıdacaq"

"Arsenal"ın baş məşqçisi Arsen Venger Tyerri Anrinin "topçular"a yenidən qayıdışı ilə bağlı açıqlama verib

"Arsenal"ın baş məşqçisi Arsen Venger Tyerri Anrinin "topçular"a yenidən qayıdışı ilə bağlı açıqlama verib:

"Başa düşürəm ki, onun gələcəyi ilə bağlı qərar verməsi üçün bir neçə həftə zamana ehtiyacı var.

Əlbəttə, Anri bir gün "Arsenal"a qayıdacaq. Amma hansı rolda olacağını deyə bilmərəm".

Xatırladaq ki, Anri artıq "Nyu-York Red Bulls"dakı çıxışına son qoyub.